RU

Olduqca önəmli bir qələbə qazandıq Rəşad Sadıqov

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, “Sumqayıt” öz meydanında  “Zirə” ilə qarşılaşıb. Gərgin keçən matçda "qartallar" qələbəyə seviniblər (2:3).

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:

"Düşünürəm ki, hər iki komandanın ifasında baxımlı bir oyunun şahidi olduq. Həm 'Zirə', həm də 'Sumqayıt' daha çox texnikalı və kombinasiyalı futbol nümayiş etdirirdi. İlk hissə bizim üçün daha uğurlu keçdi, rəqibdən üstün idik. Bəlkə də hesab fərqi daha böyük ola bilərdi, lakin fasiləyə bir top üstünlüklə yollandıq".

R.Sadıqov ikinci hissədəki çətinliklərə və komandasının reaksiyasına da toxunub:

"İkinci hissəyə rəqib çox fəal başladı. Həmin dəqiqələrdə biz bir qədər passivləşdik və düzgün reaksiya vermədiyimiz üçün qol buraxdıq. Lakin buraxılan qoldan sonra futbolçularımın verdiyi reaksiya yaxşı idi. Yenidən oyunu nəzarətimizə götürdük və hücumlar təşkil etdik. Oyunun son dəqiqələrində rəqibin standart vəziyyətlərdən təhlükəli anları olsa da, ümumilikdə qələbəyə layiq idik. Olduqca önəmli bir qələbə qazandıq. Futbolçularıma göstərdiyi oyuna görə təşəkkür edirəm".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
2
fanat.az

3Источники