RU

Öz yerini bilməlidir, bura Ronaldonun ərəbistanı yox, Səudiyyə Ərəbistanıdır Ərəb şərhçi Ronaldonu tənqid etdi

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının tanınmış idman şərhçisi Valid Əl-Fərəc "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu klub rəhbərliyindən narazılığına görə tənqid edib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Fərəc Ronaldonun ABŞ-a səfərinin də Səudiyyə Ərəbistanındakı karyerasına görə olduğunu deyib:

"Kriştiano Ronaldo öz yerini bilməlidir. Bu ölkə Ronaldonun ərəbistanı yox, Səudiyyə Ərəbistanıdır. O, səfir vəzifələrini məşqçi vəzifələri ilə qarışdırır. Ronaldo məyus etdi. Ronaldo Avropada qazandığından daha çox milyon dollar maaş alan muzdlu işçidir. O, liqaya hörmət etməlidir, əks halda getməli olacaq. 500 yaşı olsa belə, Ronaldo heç vaxt Ağ Evə düşə bilməzdi. Əgər o, Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvü olmasaydı, qapıya belə yaxınlaşmazdı".

Xatırladaq ki, Ər-Riyad klubu 41 yaşlı hücumçunu "Əl-Nəsr"in sahiblərindən davamlı narazılığı səbəbindən matçı oynamağa razı sala bilmədi. Bu narazılıq qış transfer pəncərəsində yeni transferlərin olmaması, eləcə də baş direktor Xose Semedonun və idman direktoru Simao Koutinyonun vəzifəsindən kənarlaşdırılmasından qaynaqlandığı iddia edilir. 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
sportal.az

2Источники