RU

Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın "The Atlantic" jurnalı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinin son günlərinə dair geniş araşdırma yayımlayıb.

Modern.az xəbər verir ki, məqalənin müəllifi, jurnalist Robert Uort yazını onlarla mənbə, keçmiş yüksəkvəzifəli suriyalı məmurlar, prezident sarayının ətrafı, “Hizbullah” nümayəndələri və israilli sabiq təhlükəsizlik rəsmiləri ilə söhbətlər əsasında hazırlayıb.

Yazıda bildirilir ki, 2024-cü il dekabrın 7-də üsyançı qüvvələr Dəməşqi mühasirəyə alarkən Əsəd yaxın çevrəsini sakitləşdirir, qələbənin yaxın olduğunu deyirdi. Lakin az sonra o, demək olar ki, heç kəsə xəbər vermədən Rusiya təyyarəsi ilə gecə vaxtı ölkəni tərk edib. Bu addım onun tərəfdarları arasında “xəyanət” kimi qiymətləndirilib və bir çox yaxın adamı Suriyanı tələsik yollarla tərk etməyə məcbur olub.

Uortun mənbələri Əsədi “reallıqdan qopmuş, seks və videooyunlara aludə, təkəbbürlü lider” kimi təsvir edirlər. Məqalədə vurğulanır ki, region ölkələri son günlərdə ona müxtəlif siyasi razılaşmalar təklif etsələr də, Əsəd prezident postunu tərk etməyi nəzərdə tutan bu çağırışlara cavab verməyib. Müəllif bunu Əsədin 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin hərbi müdaxiləsi ilə hakimiyyətdə qalmasından sonra yaranan saxta güvən hissi ilə əlaqələndirir.

Araşdırmada qeyd olunur ki, Suriyanın iqtisadiyyatı faktiki olaraq çökmüş, ölkənin suverenliyi isə qismən Rusiya və İranın təsiri altına düşmüşdü. Əsədin Hizbullah lideri Həsən Nəsrullaha və “müqavimət oxu”nun İsrailə həlledici zərbə vuracağına dair təbliğata həddindən artıq inanması da onun yanlış hesablamaları sırasında göstərilir.

Məqalədə Əsədin yaxın müşaviri Luna əş-Şibl barədə də qalmaqallı iddialar yer alır. Bildirilir ki, o, Əsədin qeyri-rəsmi sevgilisi olub və 2024-cü ilin yayında şübhəli şəraitdə ölü tapılıb. Uort, israilli sabiq məmura istinadən, əş-Şiblin eyni zamanda Rusiya üçün məlumat ötürə biləcəyini yazır.

Yazıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsədi siyasi barışığa və qaçqınların geri dönüşünə imkan verən danışıqlara çağırdığı, lakin Dəməşqin bu təklifləri rədd etdiyi də xatırladılır. Digər mənbələr, o cümlədən Reuters, Əsədin qaçışdan əvvəl yüz minlərlə dollar nağd pul və məxfi materialları ölkədən çıxardığını bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
modern.az

1Источники