RU

Nipah a yoluxmamaq üçün bunlara əməl edin

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nipah” virusunun aşkarlandığı ölkələrə səyahət edənlərə çiy meyvə və təzə sıxılmış şirələrdən çəkinmək tövsiyə olunur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

“Rafinə edilməmiş çiy və ya pasterizə olunmamış qidalar yarasalarla təmasa girə bilər. Meyvələri yaxşıca yuyun. İnfeksiyadan qorunmağın digər yollarına heyvanlarla təmasda olmamaq, xəstə heyvanlara yaxınlaşmamaq və sair daxildir. Əsas şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Qızdırma, öskürək, baş ağrısı, əzələ ağrısı və ya nevroloji simptomlar yaranarsa, dərhal tibbi yardım almaq lazımdır”, – deyə mütəxəssislər bildiriblər.

Qeyd edək ki, son məlumata görə, Azərbaycanda “Nipah” virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.

Lakin bir neçə həftə öncə Hindistanda virusdan ilk ölüm hadisəsi yaşanıb. Ardınca Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin pandemiyaya çevrilə biləcəyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
globalinfo.az

1Источники