ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Ukraynanın Rusiya rəsmilərinə sui-qəsd cəhdləri ölkəmizə qarşı hibrid müharibənin nümunəsidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında çıxışı zamanı bildirib.
Zaxarovanın sözlərinə görə, Kiyev Rusiyaya qarşı hibrid müharibə elan edən qüvvələrin əlində bir vasitə kimi çıxış edir. O qeyd edib ki, bu fəaliyyətlər Rusiyaya strateji məğlubiyyət vurmaq məqsədi ilə əsaslandırılır.
“Onların məqsədi ölkəmizə qarşı hibrid müharibə elan edənlərin əlində alət olmaqdır. Onlar bunu Rusiyaya strateji məğlubiyyət vurmaq kimi təqdim edirlər. Buna görə də yüksək vəzifəli məmurlara qarşı sui-qəsd cəhdləri baş verir”, – deyə Zaxarova vurğulayıb.
Nazirlik sözçüsü əlavə edib ki, bu cür hücumlar Rusiyada normal həyatın pozulmasına yönəlib və terror aktları hibrid müharibənin elementlərindən biri kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi fevralın 6-da, saat 7:00 radələrində qeydə alınıb. Bildirilir ki, naməlum şəxs Moskvanın Volokolamsk şossesində yerləşən binanın lift foyesində generala bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.