RU

Volksvagen Tesla nı geridə qoydu

ain.az bildirir, Axar.az portalına istinadən.

Almaniyanın avtomobil istehsalçısı “Volksvagen” (VW) 2025-ci ilə qədər Avropada ən çox elektrik avtomobili satan şirkətə çevrilib. Rəqəmlər Volfsburqda yerləşən avtomobil istehsalçısının “Tesla” şirkətini lider mövqeyindən sıxışdıra biləcəyini göstərir.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesschau" portalı məlumat yayıb.

Məlumatlara görə, VW ötən il 274.278 elektrik avtomobili satıb. Bu rəqəm 2024-cü il səviyyəsindən 56% yüksəkdir. Qeyd olunan nəticə əsasən ID.7 orta ölçülü elektrik avtomobili də daxil olmaqla yeni VW modellərinin satışı hesabına əldə edilib.

Tesla şirkətinin Avropadakı satışları 2024-cü illə müqayisədə 2025-ci ildə 27% azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
2
axar.az

3Источники