RU

Kobaxidze: GürcüstanınAvropa İttifaqı ilə əlaqələri əvvəlki səviyyədə gərgindir

BAKI, 8 fevral. TELEQRAF

Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər əvvəlki illər kimi aşağı səviyyədə qalır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “Imedi” telekanalına verdiyi müsahibəsində bildirib.

Kobaxidze qeyd edib ki, bir neçə ildir Gürcüstan xarici təzyiqlərlə üzləşir. Onun sözlərinə görə, əgər Avropa İttifaqı və onun bürokratiyası suverenliyi bərpa edə bilsə, vəziyyət dəyişə bilər, lakin hələlik AB ilə münasibətlər eyni səviyyədə qalır, bu isə çox təəssüf doğurur.

Baş nazir xatırladıb ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul edib, bu isə ölkənin Avropa İttifaqı və ABŞ ilə münasibətlərinə təsir göstərib.

TASS xəbər verir ki,

Избранный
26
teleqraf.com

1Источники