RU

Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi yaxın saatlarda yekunlaşacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumat üçün bildirək ki, Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolda asfalt örtüyünün yenilənməsi prosesinə səhər saatlarında başlanılıb.

Qeyd edək ki, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi, Tiflis prospekti, Ziya Bünyadov prospekti, Alı Mustafayev, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal, Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
4
axar.az

10Источники