RU

U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu başa çatıb

Fevralın 8-də cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu başa çatıb.

“İki sahil” xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 7 çəkidə 135 cüdoçu tatamiyə çıxıb. Qızlar -44 kq, -52 kq, -63 kq; oğlanlar isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində mübarizə aparıb.

Turnirdə 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) iştirak edib.

“İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

Mükafatçıları təqdim edirik:

Qızlar

-44 kq

1. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)

2. Lətifə Alıyeva (Ordu İdman Klubu)

3. Fidan İbrahimli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-52 kq

1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

2. Gülnarə Qasımova (Şahin 313 İK)

3. İlahə Xəlilova (RKİM)

3. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

-63 kq

1. Zilan Hüseynli (Şağan OİK)

2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Nərmin Sadulova (Sərhədçi İM)

Oğlanlar

-55 kq

1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)

3. Vaqif Məcidov (Günəşli İK)

3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

-66 kq

1. Hüseyn Şıxəliyev (Sərhədçi İM)

2. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)

3. İbrahim Cəfərov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-81 kq

1. Ayxan Həsənli (Neftçi İK)

2. Ömər Atayev (Judo Club 2012)

3. Ömər Hacıyev (Atilla İK)

3. Şahbaba Cəbrayılov (AHİTA)

+90 kq

1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəi UGİŞM)

2. İdris Xanbalayev (Ordu İdman Klubu)

3. Zakir Tağızadə (Neftçi İK)

3. Əlihüseyn Abdullayev (Şağan OİK)

 

Избранный
49
7
ikisahil.az

8Источники