Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürüb.
Fanat.Az xəbər verir ki, “Sumqayıt” öz meydanında “Zirə” ilə qarşılaşıb. Gərgin keçən matçda "qartallar" qələbəyə seviniblər (2:3).
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Saşa İliç fikirlərini jurnalistlərlə bölüşüb:
"Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun getdi, gözəl qollara şahidlik etdik. Müdafiə xəttində bir sıra dəyişikliklər etmişdik. Lakin bunun nəticəyə təsiri olmadığını düşünürəm. Artıq bugünkü oyunu unudub növbəti oyuna hazırlaşmalıyıq”.