RU

Türkiyədə hərəkətdə olan sərnişin avtobusu yanıb -VİDEO

Qaziantepdə (Türkiyə) şəhər daxili avtobus hərəkətdə olduğu zaman alovlanıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, mühərrik bölməsində başlanan yanğın nəticəsində avtobus tamamilə məhv olub.

Xoşbəxtlikdən, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Bildirilir ki, tüstünü görən sürücü avtobusu yolun kənarında saxlayıb və sərnişinləri təxliyə edib.

Yanğını görən vətəndaşlar hadisəni 112 Təcili Yardım Mərkəzinə bildiriblər və hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə qrupları göndərilib. Tez bir zamanda yayılan yanğın bütün avtobusu bürüyərək alov topuna çevrilib.

Yanğınsöndürənlər yanğını söndürüblər.

Ölən və yaralanan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
37
ikisahil.az

1Источники