RU

"Mançester Yunayted" "Yuventus"un futbolçusunu istəyir

“Mançester Yunayted” İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli ilə maraqlanır. 

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, Turin klubu aparıcı futbolçusunu “qırmızı şeytanlar"a istədikləri təklifi edə biləcəyi təqdirdə buraxacaq.

Lokatelli bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. 

Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

"Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

 

saytlarin hazirlanmasi

Избранный
51
2
sportal.az

3Источники