RU

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli SƏBƏB

Keçmiş Sovet İttifaqının memarlıq simvoluna çevrilən binaların mərtəbə sayı təsadüfi deyil. Şəhərləri bürüyən bu standart hündürlüklərin arxasında həm insan sağlamlığı, həm də ciddi dövlət qənaəti dayanırdı.

Aznews.az xəbər verir ki, 1950-60-cı illərdə sürətlə tikilən "Xruşşovka"ların 5 mərtəbəli olmasının əsas səbəbi liftdir.

O dövrün tikinti standartlarına görə, 5 mərtəbəyə qədər olan binalarda lift quraşdırmaq məcburi deyildi. Liftin quraşdırılması və ona xidmət göstərilməsi çox baha başa gəldiyi üçün dövlət büdcəsinə qənaət məqsədilə binalar 5 mərtəbədə saxlanılırdı.

Tibbi araşdırmalar göstərirdi ki, sağlam bir insan lift olmadan maksimum 5-ci mərtəbəyə qədər pilləkənlə çıxa bilər və bu, onun səhhətinə ciddi zərər vurmaz.

Daha sonra tikilən "9 mərtəbəli" binaların hündürlüyü isə təhlükəsizlik qaydaları ilə bağlı idi.

O dövrün standart yanğınsöndürən maşınlarının pilləkənləri maksimum 27-28 metr hündürlüyə çata bilirdi. Bu isə düz 9 mərtəbəli binanın sonuncu mərtəbəsinə bərabər idi.

Избранный
34
12
aznews.az

10Источники