RU

Andrey Demçenko: "Bu, yaxşı göstərici deyil, hücum futbolunu oynamaq üçün istək olmalıdır"

"Bu gün yaxşı komanda ilə qarşılaşdıq. "Sabah" müdafiədə və hücumda yaxşı təşkilatlanmış kollektivdir. Öz səhvlərimiz ucbatından qapımızda qollar gördük.

İlk dəqiqələrdən rəqib komandaya təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Bütün bunlara görə, ilk dəqiqələrdə üç qol buraxdıq. Halbuki hücuma çıxmağı planlaşdırırdıq.

Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi də aşağı düşdü. Hücum futbolu oynamaq üçün müəyyən istək olmalıdır. "Neftçi" ilə oyunda da eyni hadisə oldu. Bu gün futbolçularda narahatlıq göründü. Futbolda bunlar yaxşı göstərici deyil. Bunlar futbolçulara qərar verməyə mane olur. Biz hazırda komandanın müdafiədən hücuma uğurlu çıxması üzərində çalışırıq. Vaxt lazımdır, işləyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 19-cu turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Felipe Santos "Neftçi" ilə oyuna sonradan daxil oldu və fərq yaratdı. Bu gün də meydana sonradan çıxaraq qolunu vurdu. Sizin üçün hələ də məşq matçdan önəmlidir?

- Bəli, bu, yaxşı nəticədir. Amma komanda oyunu tək hücumdan yox, həm də müdafiədən asılıdır. 10 futbolçunun hər biri hücumda da, müdafiədə də oynamalıdır. Heç kimi bir-birindən ayırmaq istəmirəm. Bu gün bütün komanda olaraq uduzduq. Kimisə ayırmaq doğru olmazdı.

Избранный
48
3
sportinfo.az

4Источники