RU

"Bizə də hörmət edin, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var" - Valdas Dambrauskas

"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Futbolçularım necə istəkli, necə ac olduqlarını bu gün göstərdilər. Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" top komandalardır. Heyətində çox təcrübəli oyunçular var. Azarkeşlərimizi də qələbə münasibəti ilə təbrik edirəm. Matçlarımıza daha çox azarkeşlərin gəlməsini istəyərdim. Sayları bu gün az idi. Qollar vurulanda bunun canlı şahidi olmalarını istəyərdim. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün ən önəmlisidir".

Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 19-cu turunun “Araz-Naxçıvan”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Çempionluq mübarizəsində əsas rəqibiniz olan "Qarabağ"ın "Neftçi" ilə görüşünün təxirə salınması gündəmdədir. Buna etiraz etmək istəyirsiz?

- Mən istəməzdim ki, bu suala cavab verim. Çünki mən "Qarabağ"ın baş məşqçisi deyiləm, orada işləmirəm. "Sabah"ın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. "Qarabağ" haqda soruşmaq istəyirsizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiz. "Sabah"ın oyununa gəlirsiz və mənə "Qarabağ" haqda sual verirsiz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmət edin, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram.

- Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?

- Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq, siz isə "Qarabağ" və "Neftçi" haqda suallar verirsiz.

- Artıq neçə oyundur ki, birinci hissədə üç qol vurursunuz, daha sonra dayanırsız. Bunu çox güc sərf etməmək üçün edirsiz?

- Xeyr. Əlbəttə istəyərdim ki, daha çox qol vuraq. Komandamın 10 qol vurmasını istəyərdim. Hər halda, 4:1 qalib gəldik, bu da yaxşıdır. Artıq futbolda 2-3 qol vurmaq yaxşı nəticədir. Artıq 10 qol vurmaq mümkün deyil. Çünki rəqiblər də 10 qol buraxdıqdan sonra sənin qarşını almağa çalışırlar. Birinci hissədə necə təzyiq edirdik, nələr edirdik...Hər oyunda 4 qol vurmaq da mümkün deyil. Əvvəllər oyunları 0:0, 1:1 edəndə sual verirdiz ki, niyə məhsuldar deyil? İndi isə 4 qol vururuq, soruşursuz ki, niyə bundan sonra qol vurmadınız? 

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
19
10
sportal.az

10Источники