RU

ABŞ-yə səfir təyinatı Starmerin aparat rəhbərinin istefasına səbəb oldu

BAKI, 8 fevral. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmerin aparat rəhbəri Morqan Maksuini Piter Mandelsonun ABŞ-yə səfir təyin olunması ətrafında yaranmış qalmaqal səbəbindən vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Morqan Maksuini "Sky News" telekanalına açıqlama verib.

Məlumata görə, Mandelson pedofiliya ittihamı ilə gündəmə gələn amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın münasibətlərdə olub. Bu fakt onun diplomatik posta təyinatını ciddi tənqid hədəfinə çevirib.

Morqan Maksuini bildirib ki, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra hökumətdən ayrılmaq qərarı verib. Onun sözlərinə görə, Piter Mandelsonun səfir təyin olunması səhv addım olub və bu qərar həm Leyboristlər Partiyasına, həm də ölkəyə zərər vuraraq siyasətçilərə olan etimadı sarsıdıb.

Maksuini etiraf edib ki, Mandelsonun bu vəzifəyə namizədliyini məhz özü baş nazir Kir Starmerə tövsiyə edib və həmin tövsiyəyə görə bütün məsuliyyəti üzərinə götürür.

Избранный
27
teleqraf.com

1Источники