RU

IPG: 8 və 9 fevralda günəşdə partlayışlar baş verə bilər

"Proqnoza görə, 8 və 9 fevralda günəş partlayışlarının aktivliyi aşağıdan orta səviyyəyə qədər dəyişə bilər. Proton partlayışları da daxil olmaqla X sinifli (Ən yüksək sinif-red.) partlayışlar mümkündür".

İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan (IPG) TASS-a bildirilib.

Qeyd edilir ki, günəş alovlanmaları rentgen şüalanma gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Sinif irəlilədikcə güc on dəfə artır. Alovlanmalar adətən günəş plazmasının püskürməsi ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu fevralın 7-də məlumat yaymışdı ki, fevralın əvvəlindən bəri müşahidə edilən 21-ci əsrin ən güclü günəş aktivliyinin artması başa çatıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
19
ikisahil.az

1Источники