RU

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazandı

Berlində “Kuc Boxing Promotion” şirkətinin təşkilatçılığı ilə peşəkar boks turniri keçirilib. Almaniyanın tanınmış boksçularının iştirak etdikləri turnirdə Azərbaycanı bu ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü Kənan Hüseynəliyev təmsil edib. 

Fanat.Az xəbər verir ki, idmançımız turnirdə Gürcüstan təmsilçisi Caba Mamişişi ilə qarşılaşıb. 

Döyüşün ilk raundundan üstünlük nümayiş etdirən boksçumuz qarşılaşmanı vaxtından əvvəl – beşinci raundda rəqibini nokaut edərək qələbə ilə başa vurub. Bununla da Kənan Hüseynəliyev rinqə çıxdığı 12-ci qarşılaşmada da uğur qazanaraq yüzfaizli nəticə göstərib.

Boksçumuzun parlaq qələbəsi qarşılaşmanı izləyən azarkeşlər, o cümlədən soydaşlarımız tərəfindən alqışlarla qarşılanıb. Əllərində Azərbaycan Bayrağını dalğalandıran həmyerlilərimiz Kənana dəstək nümayiş etdiriblər.

Избранный
23
1
fanat.az

2Источники