ABŞ Ədliyyə Nazirliyi "Ceffri Epşteyn işi" ilə bağlı 86 səhifəlik sənədi rəsmi saytından gözlənilmədən çıxarıb.
Publika.az xəbər verir ki, sənəd Epşteynin ətrafındakı potensial cinayət ortaqları və əlaqələr barədə məlumatları ehtiva edirdi.
Bu addım ictimaiyyətin və medianın diqqətini çəkib. Sənədin birdən-birə arxivdən çıxarılması, "Epşteyn işi"ndə şəffaflıqla bağlı yeni suallar doğurub. Əvvəlcə açıqlanan sənədlər arasında federal müstəntiqlərin qeydləri, həmçinin Epşteyn çevrəsindəki potensial şübhəlilər barədə detallı məlumatlar yer almışdı.