RU

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Səudiyyə Ərəbistanının və Suriyanın birgə investisiyaları ilə yeni aviaşirkət təsis edilib. Bu barədə müqavilə Səudiyyə Ərəbistanının “Flynas” şirkəti ilə Suriya Mülki Aviasiyası təşkilatı arasında imzalanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Nas Suriya” adlanacaq yeni şirkətdə Suriya tərəfi 51 faiz, “Flynas” isə 49 faiz paya sahib olacaq. Aviaşirkətin 2026-cı ilin son rübündə fəaliyyətə başlaması gözlənilir.

Избранный
18
7
sia.az

8Источники