RU

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar hazırda bir sıra küçə və yollarda, xüsusilə, paytaxtdan şimal istiqamətinə gedən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bizim.Media xəbər verir ki, bu isə tıxacların yaranmasına səbəb olub.

"Düz bir saat 45 dəqiqədir ki, burada tıxacdayıq. İş görəndə bunu gecə etsinlər. Gecə yol bomboş olur. Camaata yazıqları gəlsin", - deyə sürücülərdən biri Baku TV-yə bildirib.

"Bu gün bazardır, normalda yol açıq olur. Sabah isə burada ümumiyyətlə vəziyyət daha da ağırlaşacaq", - başqa bir sürücü deyib.


Bizim.Media

Избранный
22
4
bizim.media

5Источники