RU

Qonşuda torpaq sürüşməsi: Hərəkət dayandırıldı

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Избранный
26
7
nocomment.az

8Источники