RU

​İstanbulda zəlzələ xəbərdarlığı: 7 bal gücündə olacaq

Türkiyənin ən böyük şəhəri olan İstanbul ciddi təhlükə ilə üz-üzə qalıb. Qədim tarixə və əsrarəngiz gözəlliyə malik olan şəhərdə növbəti zəlzələ gözlənilir. Metbuat.az xəbər verir ki, bununla bağlı tanınmış mütəxəssis Osman Bektaş xəbərdarlıq edib. Professor İstanbulda təbii fəlakətin qaçınılmaz olduğunu bildirib. Mütəxəssis zəlzələnin baş verəcəyi ərazini təxmin etdiklərini açıqlayıb. Bektaşın sözlərinə görə, təbii fəlakət Mərmərə dənizində olacaq: "Zəlzələ dənizdə baş verəcək. Amma fay xəttinin hansı ərazidə qırılmasını tam olaraq müəyyən etmək mümkün deyil". Məşhur professor təbii fəlakətin miqyası barədə təxminlərini də bölüşüb. Onun sözlərinə görə, istanbulluları gözləyən zəlzələnin 6.2 - 6.4 bal gücündə olacağı proqnozlaşdırılır. Professor gözlənilən təbiət hadisəsinin 7 bal gücündə ola biləcəyini də istisna etməyib.

Osman Bektaş İstanbulu gözləyən təbii fəlakətin hansı fəsadlara yol açacağına dair konkret fikir bildirməyib: “Hər şey şəhərdəki binaların keyfiyyətindən asılı olacaq”.

Избранный
81
1
metbuat.az

2Источники