RU

Somali Prezidenti: İsrailin Somalilenddə hərbi baza qurmasına icazə verməyəcəyik

Somali Prezidenti: İsrailin Somalilenddə hərbi baza qurmasına icazə verməyəcəyik

Somali Prezidenti Həsən Şeyx Mahmud İsrailin Somalilendi tanıma qərarını beynəlxalq hüquqa zidd və təhlükəli kimi xarakterizə edərək, İsrailin bölgədə hərbi baza qurmaq cəhdinə qarşı çıxacaqlarını bildirib.

Prezident Mahmud Qətərin "Al Jazeera" telekanalına verdiyi açıqlamada İsrailin 2025-ci ilin dekabrında Somalilendi tanıma qərarının regional qeyri-sabitliyi dərinləşdirdiyini və beynəlxalq nizamı zəiflətdiyini qeyd edib. İsrailin Somalilenddə hərbi mövcudluq yaratma ehtimalı barədə danışan Mahmud "Somali olaraq buna əsla icazə vermərik. Belə bir cəhdi qəbul etməyəcəyik və bunun qarşısında duracağıq",— deyib.

Ehtimal olunan İsrail hərbi bazasına qarşı Somalinin mövqeyini kəskin ifadələrlə ortaya qoyan Mahmud vurğulayıb ki, əgər İsrail qüvvələri gələrsə, onlarla üz-üzə gələcəklər. O, bu addımın Somalinin suverenliyinə açıq hücum olduğunu bildirib.

"Bu, Somalinin suverenliyinə açıq hücumdur"

Somali Prezidenti Mahmud İsrailin bu qərarının Somalinin ərazi bütövlüyünə birbaşa təhdid olduğunu vurğulayaraq bildirib: "Bu addım Somalinin suverenliyinə və ərazi bütövlüyünə müdaxilədir. Eyni zamanda, Afrikaya, Qırmızı dənizə və qlobal ticarətə təsir edən ciddi bir təhlükəsizlik problemidir".

Mahmud İsrailin Qəzzada fələstinlilərə qarşı hücumları ilə Somalilend məsələsi arasında birbaşa əlaqə olduğunu müdafiə edərək qeyd edib ki, hüququn aliliyini getdikcə "güclü olanın haqlı olduğu" anlayışı əvəz edir.

Diplomatik gərginliyin keçmişi

Prezident Mahmudun bu açıqlamaları İsrail Baş naziri Benyamin Netanyahunun 2025-ci ilin dekabrında Somalilendi tanıma qərarından sonra verilib. Netanyahu 26 dekabr 2025-ci il tarixli bəyanatı ilə Somalilendi tanıdıqlarını elan etmiş, bu qərarla İsrail Somalilendi tanıyan ilk və yeganə ölkə olmuşdu.

Somali Federal Hökuməti isə Somalilendi ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində Somalinin ayrılmaz hissəsi hesab edir. Somalinin şimal-qərbində yerləşən Somalilend dünyanın ən mühüm dəniz ticarət yollarından biri olan Babül-Məndeb boğazına yaxın yerləşməsi ilə mühüm strateji əhəmiyyət kəsb edir.

Избранный
83
afn.az

1Источники