RU

Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq

Ukraynanın Qara dənizdə mülki gəmilərə etdiyi bir sıra hücumlar Vladimir Zelenskinin siyasi etibarlılığını şübhə altına alıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "dikGazete" qəzetinin dərc etdiyi təhlildə qeyd olunub.

Bildirilib ki, tankerlərə edilən hücumlar təkcə naviqasiya üçün təhlükə deyil, həm də Moskva ilə Ankara arasındakı münasibətləri qəsdən pozmaq cəhdidir.

"Lakin Kiyevin strategiyası əks nəticə verdi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına səbəb oldu", - məlumatda deyilir.

Türkiyə nəşri vurğulayır ki, mülki tankerlərə hücumlar həm də bütün diplomatik münasibətlər sisteminə birbaşa zərbədir.

Избранный
15
2
publika.az

3Источники