RU

Ermənistan parlament seçkiləri haqda proqnoz: Paşinyanın partiyası...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“İyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistan və erməni xalqı üçün taleyüklüdür”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan deyib.

“Əgər Nikol Paşinyanın hakimiyyəti yenidən bərpa olunarsa, biz dövlətçiliyimizi itirə bilərik. Ya da ölkə əcnəbilərin nəzarətində bir əraziyə çevriləcək və ermənilər oradan qaçacaqlar. Seçkilərə hələ 4 ay qalıb və bu müddət ərzində əsasən siyasi qüvvələrin seçkilərə hazırlıq səviyyəsindən asılı olaraq çox şey dəyişə bilər”.

Jurnalist əldə etdiyi məlumatlara əsasən bildirib ki, parlamentə dörd siyasi qüvvə keçə bilər:

“Bunlar – “Bizim Yol” və ya “Güclü Ermənistan”, “Vətəndaş Müqaviləsi” (Paşinyanın partiyası), Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” partiyasıdır. Həmçinin “Vətəndaş Müqaviləsi” və Robert Köçəryanın rəhbərlik etdiyi partiya iyunun 7-də keçiriləcək seçkilərdə 2021-ci il parlament seçkiləri ilə müqayisədə təxminən iki dəfə az deputat mandatı qazanacaq, çünki seçicilərin onlara inamı yoxdur.

Əgər genişmiqyaslı saxtakarlıqlar olmasa, bütün inzibati resurslar da daxil olmaqla, “Vətəndaş Müqaviləsi” təxminən 30–35 faiz səs toplayacaq. Amma qarşıdakı 4 ay ərzində vəziyyət kifayət qədər dəyişə bilər”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники