RU

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində yay aylarında keçirilən Beynəlxalq Musiqi festivallarında bir neçə dəfə iştirak etmişəm. “Qış nağılı” festivalında isə ilk dəfədir çıxış edirəm. İftixarla demək olar ki, Qəbələ festivalı ölkəmizdə keçirilən ən nüfuzlu musiqi tədbirlərindən, festivallardan biridir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident təqaüdçüsü, Əməkdar artist Afaq Abbasova deyib.

Opera ifaçısı bildirib ki, belə mötəbər musiqi tədbirlərində, festivallarda iştirak etmək musiqiçilərə öz yaradıcılıqlarını inkişaf etdirmək üçün çox böyük stimul verir, həvəs və maraq oyadır.

Избранный
7
1
hafta.az

2Источники