RU

Tailandda növbədənkənar parlament seçkiləri və referendum keçirilir

Tailandda fevralın 8-də növbədənkənar parlament seçkiləri, həmçinin yeni Konstitusiyanın hazırlanması üzrə referendum keçirilir.

"Report" xəbər verir ki, səsvermənin yekunlarına əsasən Milli Assambleyanın aşağı palatasının tərkibi müəyyən ediləcək.

Referendum nəticəsində 2014-cü ildə dövlət çevrilişindən sonra hakimiyyətə gələn hərbi xunta dövründə qüvvədə olan Konstitusiyanın əvəzinə yeni Konstitusiyanın hazırlanması ilə bağlı qərar veriləcək.

Əsas mübarizə solçu mərkəzçi islahatçı Xalq Partiyası, Baş nazir Anuthin Çanvirakunun rəhbərlik etdiyi mühafizəkar "Phumçaythai" ("Taylandın Qürur"u) Partiyası və nüfuzlu Çinavat klanının "Phya Thai" ("Taylılar üçün") Partiyası arasında gedir.

Analitiklər açıq-aşkar qalibin ortaya çıxmayacağı gərgin mübarizə proqnozlaşdırır və seçkilərdən sonra koalisiya formalaşdırılması üzrə mürəkkəb danışıqların aparılacağını gözlənilir.

Səsvermə ölkə iqtisadiyyatının və turizm sektorunun çətinliklər yaşadığı, həmçinin əvvəllər sərhəddə qanlı toqquşmalara səbəb olan Kamboca ilə münasibətlərdə gərginliyin kəskinləşdiyi şəraitdə keçirilir.

Избранный
22
5
far.az

8Источники