RU

Məşhur müğənni vəfat etdi

ABŞ-nin "3 Doors Down" rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Bu barədə qrupun sosial media səhifəsində dərc olunmuş açıqlamada bildirilib.

Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında Arnold ona böyrək xərçəngi diaqnozu qoyulduğunu elan etmiş, bununla bağlı qrupun yay turnesi ləğv olunmuşdu.

"3 Doors Down" qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə işıq üzü görən debüt albomu "The Better Life" ilə tanınmağa başlayıb. Onların ən məşhur mahnıları arasında "Kryptonite" və "Here Without You" kompozisiyaları da var./oxu.az

"Cebheinfo.az"

Избранный
11
6
cebheinfo.az

8Источники