RU

“Real” “Liverpul”un müdafiəçisini pulsuz alır

Msport.az xəbər verir ki, “kral klubu” “Liverpul”un mərkəz müdafiəçisi İbraima Konateyə təklif göndərib.

İspaniya nəhəngi 26 yaşlı oyunçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalamağı hədəfləyir. “Real”ın cari mövsümün sonunda azad agent statusu daşıyacaq Konatenin transferi üçün İngiltərə klubu ilə danışıq aparmadığı, fransalı futbolçunu yayda rənglərinə bağlamağı planlaşdırdığı bildirilib.

Qeyd edək ki, bu mövsüm “Liverpul”un heyətində 31 matça çıxan Konate 2 qol vurub. Bir müddət öncə yerli mətbuat onun “qırmızılar”la müqavilə yeniləməyəcəyini açıqlayıb.

Избранный
49
2
msport.az

3Источники