RU

Azərbaycanlı müğənni ilk dəfə körpəsini efirdə GÖSTƏRDİ - VİDEO

Müğənni Arzuxanım ilk dəfə olaraq övladını televiziya efirində göstərib.

Milli.Az xəbər verir ki, o, ARB TV-də yayımlanan "Günə Uğurla" verilişinin qonağı olarkən şəxsi həyatından bu özəl anı izləyicilərlə paylaşıb.

Canlı efir zamanı Arzuxanım övladının görüntülərini nümayiş etdirib. Müğənninin bu addımı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Efirə gedən həmin anlar qısa zamanda sosial şəbəkələrdə də yayılaraq geniş müzakirələrə səbəb olub.

Sosial mediada paylaşılan kadrlara çoxsaylı müsbət rəylər yazılıb, sənətçiyə xoş sözlər ünvanlanıb.

Musa
Milli.Az

Избранный
14
1
milli.az

10Источники