RU

Əraqçi rəsmi Bakıya təşəkkür etdi

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, Tehran və Vaşinqton arasında danədanışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb.

"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, region ölkələri ilə məsləhətləşmələr və onların köməyini yüksık qiymətləndirib.

A. Əraqçi Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb:

“Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik”.

İran XİN başçısı region dövlətlərinin səylərinin İran-ABŞ danışıqlarında nəticə əldə edilməsində və əldə olunan razılaşmanın davamlılığında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb.


Telegram kanalımız
Избранный
24
11
yenisabah.az

10Источники