JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Təlimdə dövlətin güzəştli krediti, avadanlığın girov qoyulması yolu ilə kredit, banklardan manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin subsidiyalaşdırılması kimi maliyyə alətləri barədə məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Mərkəzi Bankın birgə təşəbbüsü ilə “Bakı KOB evi”ndə qadın sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə “Güzəştli maliyyə mənbələrinə çıxış” mövzusunda təlim təşkil olunub.

Təlimdə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) nümayəndələri təqdimatlarla çıxış edərək, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan maliyyə alətləri, onların çatdırılma kanalları, güzəştlərin əldə olunması üçün sahibkarlıq subyektlərinə dair tələb və meyarlar, müraciət prosedurları barədə qadın sahibkarları məlumatlandırıblar. Qeyd edilib ki, sahibkarlar ABİF-in güzəştli kreditləri (illik faiz dərəcəsi 5%-dək), avadanlığın girov qoyulması yolu ilə kredit (illik faiz dərəcəsi 9%-dək), kredit zəmanəti və faiz subsidiyası (illik faiz dərəcəsi 15%-dək) və s. kimi maliyyə məhsullarından istifadə edə bilərlər. Fondun kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq müəyyən edilmiş prioritet sahələrə, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. İKZF sahibkarların banklardan manatla aldıqları kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsi vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərir. Sahibkarlar bu maliyyə alətlərindən istifadə etmək üçün müvəkkil kredit təşkilatlarına, ətraflı məlumat üçün isə KOBİA, ABİF və İKZF-ə müraciət edə bilərlər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX