RU

Vens İrəvan və Bakıya tək gəlmir

ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də ABŞ vitse-prezidenti Ceyms D. Vensin nümayəndə heyətinin tərkibində Ermənistana səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı açıqlama yayıb.

Dövlət katibinin müavini fevralın 9-11-də Ermənistan və Azərbaycana səfər edəcək vitse-prezident Ceyms D. Vensin nümayəndə heyətinə qoşulacaq.

Ermənistan və Azərbaycana səfər ABŞ prezidenti Trampın sülhün bərqərar olması və TRIPP layihəsinin irəliləməsi səylərinə töhfə verəcək.


Telegram kanalımız
Избранный
17
yenisabah.az

1Источники