RU

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirin dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.

Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kiloqram) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kiloqram) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabı ilə üstələyib.

Избранный
9
16
azerbaijan-news.az

10Источники