RU

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 8 fevral, Mustafa Dadaşov, foto İlkin Cavanşirov, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsiyəm. Bu gün mənim üçün çox əlamətdar bir gündür. Qəbələdə keçirilən bu mötəbər “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalında iştirak etdiyim üçün çox qürur duyuram.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı gənc vokal ifaçısı Aysun Mahmudzadə söyləyib.

O, konsertdə İtaliya bəstəkarı Vinçenso Bellininin, həmçinin Azərbaycan bəstəkarları Səid Rüstəmov və Tofiq Quliyevin əsərlərini ifa etdiyini bildirib.

“Görkəmli pianoçu, Xalq artisti Fərhad Bədəlbəyli ilə bir səhnədə çıxış etmək mənim üçün həm böyük məsuliyyət, eyni zamanda, böyük qürur və təcrübədir. Qəbələ festivalı səhnədə ilk qədəmlərini atan gənc musiqiçilər üçün böyük bir təcrübədir, karyera körpüsüdür. Mən ötən il yayda Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında da iştirak etmişdim. Biz gənclərə belə fürsəti yaratdıqlarına görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”, - deyə A.Mahmudzadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
1
azertag.az

2Источники