RU

Qərbi Azərbaycan Xronikası: Naxçıvan niyə qədim Yaxın Şərqin açar bölgələrindən biridir?

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli arxeoloji qazıntılarda qədim Azərbaycan dövlətçiliyinin tarixindən danışıb.

O bildirib ki, Azərbaycanın alt qatlarında gizlənən 5 000 illik tarixi var: "Arxeoloji qazıntılar Azərbaycan dövlətçiliyinin qədimliyini sübut edir. Naxçıvanda tapılan şəhər mədəniyyəti indiyədək olan tarixi dəyişir. Qarabağ abidələri Azərbaycan tarixinə yeni faktları gətirir. Gəncə-Qazax bölgəsi arxeologiyada mühüm yenilikləri ortaya qoyur. Naxçıvan qədim Yaxın Şərqin açar bölgələrindən biridir. Cənubi Azərbaycan və Urmiya hövzəsi sivilizasiya mərkəzi sayılır".

Tarixçinin sözlərinə görə, qədim Azərbaycanın tarixi yazılı mənbələrlə deyil, qazıntılarla da öyrənilməlidir: "Üzərliktəpə dörd min il əvvəl Azərbaycanda şəhər həyatının mövcudluğunu sübut edir. Qədim qalalar və qəbir abidələri Azərbaycanda ilk siyasi birliklərin dəqiq tarixini müəyyən edir. Tunc dövrü Azərbaycan tarixində dönüş nöqtəsidir. Bakı-Tbilisi-Ceyhan layihəsi arxeologiyada yeni mərhələ açdı".

N.Müseyibli Azərbaycanda ilk dövlət izlərinin harada tapılması, beş min il əvvəlki həyatın necə olması, radiokarbon analizləri ilə Azərbaycan tarixinin yenidən yazılması, eləcə də xarici alimlərin Azərbaycanda hansı sirləri araşdırması ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Избранный
7
2
far.az

4Источники