RU

Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Etik davranış qaydaları, müəllim-şagird münasibətləri, məktəbdaxili nəzarət mexanizmləri kimi amillər uşaqların təlim-tərbiyəsində mühüm rol oynayır.

Təhsil ocaqları təkcə bilik verən deyil, eyni zamanda nizam-intizamın və sağlam psixoloji mühitin təminatçısı olmalıdır.

Lakin son dövrlər məktəblərdə baş verən insidentlər ürəkaçan deyil.

Sakinlər Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, bu halların əsas səbəblərindən biri sosial şəbəkələr və valideyn nəzarətində mövcud olan boşluqlardır.

Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri

Psixoloq Nərgiz Süleymanlı qeyd edir ki, uşaqlar getdikcə virtual dünyaya daha çox meyil etməyə başlayırlar:

"Bu hal uşaqların öz daxilində sevilməyən və təcrid olunmuş vəziyyətə düşməsinə səbəb olur. Mütləq şəkildə valideyn, məktəb və uşaq arasında əməkdaşlıq çox ciddi formada qurulmalıdır. Hər bir uşağa qrup və fərdi şəkildə individual yanaşma tətbiq edilməlidir. Burada psixoloji iş son dərəcə vacibdir".

Belə halların qarşısını almaq məqsədilə bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılır, aqressiv kompüter oyunlarına girişin qarşısı alınır.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə təhsil sistemində müəllimlə yanaşı valideyn də məsuliyyət daşıyır:

"Bizdə isə bu məsuliyyət bölgüsü demək olar ki, yoxdur. Uşağı məktəbə göndərirlər ki, orada inkişaf etsin. Halbuki uşaq ilk növbədə ailədə formalaşır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
oxu.az

1Источники