RU

"Qəbələ"nin müdafiəçisi: "Sabah"a qarşı yaxşı oynadıq, şansımız hələ də var"

“Qəbələ”nin müdafiəçisi Seydina Keyta Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”la ilk görüşündəki nəticəni şərh edib.

Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu komandasının yarımfinala vəsiqə qazanmaq şanlarını dəyərləndirib.

O, bununla yanaşı, komandasının mövsümün 2-ci hissəsindəki uğurlu çıxışı haqda danışıb:

"Düşünürəm ki, bu, yaxşı təcrübə idi və Premyer Liqanın liderinə qarşı ümumilikdə yaxşı oyun alındı. Növbəti görüşdə də onlara qarşı hələ də yaxşı şansımız var. Bildiyimiz kimi, bu, futboldur və hər şey mümkündür. Biz “Sabah”a hörmətlə yanaşırıq, lakin biz meydana uduzmaq üçün çıxmırıq. Mövsümün ikinci hissəsinə yaxşı başlamışıq. Düşünürəm ki, bunu qoruyub-saxlasaq, çox çalışmağa davam etsək və sona qədər peşəkar olsaq, eyni uğurla davam edə bilərik".

saytlarin hazirlanmasi

Избранный
17
1
sportal.az

2Источники