RU

FSB generalı güllələyən qatilin kimliyini açıqladı

Rusiya təhlükəsizlik qüvvələri general Alekseyevə qarşı sui-qəsd cəhdinin icraçısını saxlayıb və onun əlbirlərini də müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Təhlükəsizlik xidmətinin məlumatına görə, hücumun əsas icraçısı Rusiya vətəndaşı L. Korba olub. O, Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaş qurumların köməyi ilə Dubayda saxlanılıb və sonradan Rusiya hakimiyyət orqanlarına təhvil verilib.

FSB bəyan edib ki, istintaq zamanı şübhəlinin əlbir olduğu şəxslər də müəyyən edilib. Məlum olub ki, onlar Rusiya vətəndaşları V. Vasin və Z. Serebritskayadır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Vasin Moskvada saxlanılıb, Serebritskaya isə Ukraynaya gedib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev dünən Moskvada güllələnmişdi.

Избранный
21
1
publika.az

2Источники