Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbətiəməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, saxlanılan 31 yaşlı FəridMirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.
O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.