RU

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

“Paris-Sent-Jermen” ilə onun sabiq futbolçusu Kilian Mbappe arasındakı hüquqi mübahisə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, məhkəmə icraçısı futbolçuya məxsus olduğu bildirilən təxminən 6 milyon avroluq ödəniş tələbi ilə PSJ-nin baş qərargahına müraciət edib.

Məbləğin ödənişli məzuniyyətlər və faizlərlə bağlı olduğu qeyd olunur.

Dekabrda çıxarılan məhkəmə qərarına əsasən, PSJ Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməli idi. Klub 55 milyon avronu köçürsə də, qalan 5,9 milyon avro hələ də ödənilməyib. PSJ-nin borcu ödəməsi üçün səkkiz gün vaxtı var, əks halda vəsait bank hesablarından tutula bilər.

Klub rəhbərliyi bütün ödənişlərin edildiyini bildirsə də, Mbappe bu iddianı qəbul etmir. Paris təmsilçisi fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

"Cebheinfo.az" 

Избранный
14
cebheinfo.az

1Источники