RU

Çox tezliklə varlanacaq bürclər

Astroloqların proqnozlarına görə, yaxın dövrdə bəzi bürclər üçün maddi baxımdan olduqca əlverişli mərhələ başlayır. Metbuat.az xəbər verir ki, ulduzların düzülüşü göstərir ki, bu bürcləri gözlənilməz gəlirlər, uğurlu maliyyə qərarları və sürətli varlanma imkanları gözləyir. Xüsusilə iş həyatında aktiv olan, risk etməkdən çəkinməyən şəxslər bu dövrdə böyük qazanc əldə edə bilərlər. Buğalar üçün uzun müddət davam edən səbr və zəhmətin qarşılığı artıq görünməyə başlayır. Yeni iş təklifləri, maaş artımı və gəlirli sövdələşmələr maddi vəziyyəti xeyli yaxşılaşdıra bilər. Şir bürcü altında doğulanları isə pul baxımından sürprizlər gözləyir. Onlar üçün yaradıcılıq, rəhbər vəzifələr və yeni layihələr ciddi qazanc mənbəyinə çevrilə bilər.

Əqrəblər maliyyə məsələlərində doğru qərarlar verməklə diqqət çəkəcəklər. Gözlənilməz mənbədən daxil olan pul və borcların bağlanması ehtimalı yüksəkdir. Oğlaqlar üçün isə karyera yüksəlişi və uzunmüddətli müqavilələr ön plandadır. Bu bürcün nümayəndələri stabil və artan gəlir hesabına maddi rahatlığa qovuşa bilərlər. Oxatanlar isə səyahət, xarici əlaqələr və onlayn fəaliyyətlər sayəsində qısa zamanda qazanc əldə etmək şansı qazanacaqlar.

Избранный
22
metbuat.az

1Источники