RU

Levandovski Messinin və Ronaldunun bacardığını etdi

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski daha bir tarixi göstəriciyə imza atıb.

İdman.Biz “Opta Sport”a istinadla xəbər verir ki, 37 yaşlı forvard La Liqa mövsümündə 10-cu qolunu vuraraq 21-ci əsrdə Avropanın beş aparıcı çempionatında ardıcıl 15 mövsüm iki rəqəmli qol sayına çatan üçüncü futbolçu olub.

Bu göstəriciyə daha əvvəl Lionel Messi və Kristianu Ronaldu nail olmuşdular. Ronaldu bunu İngiltərədə "Mançester Yunayted", İspaniyada "Real" və İtaliyada "Yuventus"un heyətində bacarıb. Messi isə Fransa PSJ-si və İspaniya "Barselona"sında çıxış edərkən eyni nəticəni göstərib.

Levandovski 2022-ci ilin yayından Kataloniya təmsilçisinin formasını geyinir. O, bundan əvvəl Almaniyada "Bayer" və Dortmund "Borussiya"sında da məhsuldarlığı ilə seçilib.

Təcrübəli hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 13 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz
Избранный
19
idman.biz

1Источники