RU

Bu ölkələr Rusiya ilə əlaqələri bərpa edəcək SİYAHI

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Macarıstan, Çexiya və İtaliya tezliklə Rusiya ilə əlaqələri bərpa edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Avrasiya Tədqiqatları və İnkişaf Mərkəzinin idarə heyətinin sədri, ekspert Yuri Samonkin deyib.

“Onlar artıq Moskva ilə iqtisadi əlaqələri bərpa etmək istəyir. Bu, düzgün xarici siyasətdir. Həmçinin Fransa və İtaliya da böhranla əlaqədar olaraq Kremllə əlaqələr qura bilər. Biz Parisin siyasətində danışıqlar prosesi barədə danışmağa doğru bir dəyişiklik görürük”, – deyə ekspert bildirib.

Qeyd edək ki, fevralın 3-də Fransa prezidentinin müşaviri Emmanuel Bonne Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların aparıldığı bir vaxtda Moskvaya “səssiz” səfər edib. Fransa mediası onun Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüşdüyünü bildirib.

Bu arada, Latviya və Estoniya Kremllə əlaqələrin bərpası və bu məqsədlə xüsusi Avropa nümayəndəsinin təyin edilməsi ideyasını dəstəkləyiblər.  Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Avropa danışıqlar masasında yerini qorumaq istəyir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники