Misli Premyer Liqasında XIX tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış matçında lider "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Bayquşlar" ardıcıl 7 turdur qələbə qazanır.
Naxçıvan təmsilçisi isə yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında hələ qalibiyyət əldə edə bilmıəyib.
Tərəflər arasındakı ilk dövrədəki matç heç-heçə başa çatmışdı - 2:2.
"Sabah" 43 xalla Premyer Liqanın zirvəsindədir. 27 xala malik olan "Araz-Naxçıvan" isə 6-cı yerdədir.
Misli Premyer Liqası, XIX tur
8 fevral (bazar)
16:00 "Sabah" - "Araz-Naxçıvan"