"The Washington Post" (WP) qəzetinin baş direktoru Uilyam Lus redasiyadakı kütləvi ixtisarlar fonunda istefa verib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" və "Politico" nəşrləri məlumat yayıb. Luis istefası ilə bağlı hər iki qəzetin əməkdaşlarına məktub ünvanlayıb.
Luis 2023-cü ildən "The Washington Post"da baş direktor vəzifəsində çalışırdı. Redaksiyanın keçmiş CEO-su işçilərə müraciətində qəzetin stabil gələcəyini təmin etmək üçün çətin qərarlar verməyə məcbur olduğunu qeyd edib.
Hazırda dünyaca məşhur nəşrin müvəqqəti baş direktoru 2025-ci ildən bəri "The Washington Post" qəzetinin baş maliyyə direktoru vəzifəsində çalışmış Ceff DOnofriodur.