RU

Erməni hərbçinin meyiti TAPILDI

Şənbə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hərbi qulluqçunun meyitinin aşkar edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

“Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, David Armenoviç Manukyanın meyiti aşkar edilib”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün istintaq aparılır. 

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hərbi qulluqçunun ölümü faktı ilə bağlı cinayət işi başlanıb.

Bizim.Media 
 

Избранный
14
bizim.media

1Источники