RU

Moskvada şeytanpərəst məclis dağıdıldı

Hüquq-mühafizə orqanları Moskvadakı "Eclipse" gecə klubunda satanist simvolların istifadə olunduğu məclisin qarşısını alıblar.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

Məlumata görə, polis tədbirin 10 iştirakçısını və təşkilatçısını saxlayıb.

Qeyd olunub ki, klubun interyeri pentaqramlar, tərs çevrilmiş xaçlar, keçi kəllələri və digər qadağan olunmuş simvollarla "bəzədilib". Hazırda məclisin təşkilinin bütün təfərrüatları araşdırılır.

Избранный
24
publika.az

1Источники