RU

"Volkswagen" Avropada elektromobil satışlarında lider olub

BAKI, 8 fevral. TELEQRAF

Alman avtomobil konserni "Volkswagen" 2025-ci ilin yekunlarına görə Avropada elektromobil satışları üzrə lider olub.

Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat verib.

"JATO" konsaltinq şirkətinin məlumatına görə, "Volkswagen" ötən il 274 278 elektromobil satıb ki, bu da 2024-cü illə müqayisədə 56% artım deməkdir.

Satışların artmasına əsasən konsernin yeni modelləri, xüsusilə də orta sinif "ID.7" elektromobili böyük töhfə verib. Bu nəticə ilə "Volkswagen" uzun müddət Avropa elektromobil bazarında lider mövqedə olan ABŞ-nin "Tesla" şirkətini geridə qoyub.

"Tesla"nın 2025-ci ildə Avropadakı dəqiq satış rəqəmləri açıqlanmasa da, "JATO"nun məlumatına əsasən, şirkətin satışları 27% azalıb. Ekspertlər bunu İlon Maskın Almaniyadakı nüfuzunun zəifləməsi, həmçinin Avropa bazarında köhnəlmiş hesab olunan modellərə üstünlük verilməsi ilə izah edirlər.

Избранный
56
teleqraf.com

1Источники